Hər uşağın inkişafı özünəməxsusdur və fərdi yanaşma tələb edir. Bununla belə, müəyyən aylarda və yaş qruplarında olan uşaqların həmin dövrə məxsus fiziki, emosional və zehni bacarıqları yerinə yetirə bilməsi gözlənilir. Bu bacarıqların qazanılmasındakı gecikmələr uşağın inkişaf prosesində çətinliklər yaradır. Zəka testləri uşaqlarda bu baxımdan koqnitiv inkişaf proseslərini daha yaxşı anlamağa kömək edir.
Uşaqların koqnitiv inkişafı, onların düşünmə, anlama, öyrənmə və problemləri həll etmə qabiliyyətlərinin inkişafını ifadə edir. Bu proses uşağın idrak funksiyalarının formalaşması və təkmilləşməsi ilə əlaqədardır. Koqnitiv inkişaf uşağın yaddaşı, diqqəti, dili, məntiqi düşünməsi və yaradıcılığı daxil olmaqla, geniş spektrdə bacarıqları əhatə edir. Zəka testləri uşaqlarda koqnitiv sferada olan ləngimələrin erkən mərhələdə aşkarlanmasında vasitəçi üsullardan biridir.
Bununla yanaşı, bir çox uşaqlarda yaşıdları ilə müqayisədə, koqnitiv inkişafının daha irəli olduğu hallar müşahidə edilə bilər. Həmin uşaqlar inkişaf sahələrindən, maraqlarından, öyrənmə üslublarından, fərdi xüsusiyyətlərindən asılı olaraq fərqli bacarıqlar nümayiş etdirərək xüsusi istedadlı uşaqlar hesab edilirlər. Hər bir istedadlı uşağın qeyd olunan bütün inkişaf xüsusiyyətlərini göstərməsi gözlənilmir. İstedadlı uşaqlar bütün sahələrdə istedadlı olmaya bilərlər.Uşaqların istedadlı olduğu sahə və ya sahələrin aşkar edilməsində zəka testləri mühüm rol oynayır.
Uşaqların zehni inkişaf mərhələləri dəyərləndirmək üçün müxtəlif testlərdən istifadə edilir. Bu testlərdən təcrübədə öz təsdiqini tapmış və geniş şəkildə istifadə edilənlərdən biri WİSC-R Zəka Testidir.
Yuxarıda sadalanan səbəblərlə bağlı WİSC-R Zəka testi valideynlərə, müəllimlərə və uşaq psixiatrlarına istiqamətverici faydalı test üsullarından biri hesab edilir. Test 6-16 yaşlı uşaqların intellektual zəka səviyyəsini müəyyən etmək , ümumi intellektual bacarıqlarını qiymətləndirmək üçün nəzərdə tutulmuşdur. Həmçinin, fərqli sahələrdəki koqnitiv funksiyaları ölçür.
Bu bölmə görmə-motor koordinasiyası və məkan qabiliyyətləri ilə bağlıdır:
sdasdasdasd
WİSC-R testi, bu sahədə təlim almış psixoloqlar və mütəxəssislər tərəfindən tətbiq edilir.
Test fərdi şəkildə aparılır və uşaqdan asılı olaraq təxminən 60-90 dəqiqə davam edir. Hər bir alt test üçün fərqli tapşırıqlar verilir.
Ümumi Zəka göstəricisi həm sifahi, həm də performans nəticələrinə əsaslanaraq hesablanır.
Hər bir bölmə üzrə ayrıca göstəricilərin də şərh edilməsi uşağın hansı sahələrdəki potensialının daha da inkişaf etdirilməsi və ya əlavə dəstəyə ehtiyacı olub olmaması haqqında istiqamət verir.
Nəticə olaraq, WİSC-R testi, uşaqların intellektual və psixoloji inkişafını qiymətləndirmək üçün əhəmiyyətli bir alət olaraq, valideynlər, müəllimlər və psixoloqlar üçün vacib məlumatlar təqdim edir. Bu test, müvafiq dəstəyi təmin etmək və uşağın bacarıqlarını maksimum dərəcədə inkişaf etdirmək üçün effektiv dəyərləndirmə üsuludur.
Klinik Psixoloq
Günel İsgəndərli