Tətbiq etdiyimiz terapiya metodları
Koqnitiv Davranış Terapiyası
Koqnitiv Davranış Terapiyası (KDT) insanın irrasional və qeyri-funksional düşüncələrini yenidən formalaşdırmaq və onları real və müsbət düşüncə formaları ilə əvəz etmək məqsədi daşıyan, emosional reaksiyaları və davranışları təyin edən hadisələrin qavrayışını və şərhini dəyişdirməyə yönəlmiş bir terapiya üsuludur. Terapiyanın məqsədi mövcud olan məlumatları şərh edərkən yol verdiyi yanlılıq və xətaları düzəltmək və insanı qeyri-funksional emosiyalar və davranışlara sövq edən fərziyyələri dəyişdirməyə kömək etməkdir. Beləliklə, fərdin şüuru artır və öyrəşdiyi düşüncələrdən fərqli alternativ düşüncə üsullarını kəşf etməsinə şərait yaradılır. KDT həyatı boyu gərəkli özünə kömək bacarıqları qazandırmaq üçün çalışır.
Psixodinamik yanaşma
Psixodinamik yanaşma fərdi şüuraltı impulslarını və xatirələrini xəbərdar edərək terapiyanın tətbiqidir. Bu yanaşmada yuxu təhlili, hipnoz və sərbəst assosiasiyalar tətbiq edilir. Şəxsiyyətin quruluşu və inkişafı psixoseksual inkişaf qaydaları ilə birlikdə struktur və topoqrafik olaraq müzakirə olunur. Adətən bir neçə seans və 24 seans arasında davam edən məqsədyönlü terapiyadır, insanın başına gələn arzuolunmaz hadisələrin təsirlərini yüngülləşdirməyə yönəlmişdir. KDT daha çox cari zaman fokuslanmaqla birlikdə, fərdi ehtiyac və problemlərə görə bu dəyişə bilər. KDT əsasında təşkil olunmuş psixoterapiyalar orta hesabla 8-20 seans davam edir.
Dialektik Davranış Terapiyası
Dialektik davranış terapiyası danışıq terapiyasının (psixoterapiya) bir növüdür. O, koqnitiv davranış terapiyasına əsaslanır, lakin emosiyaları çox intensiv yaşayan insanlar üçün xüsusi olaraq uyğunlaşdırılıb. Dialektik davranış terapiyası insanların öz həyatlarının və davranışlarının reallığını qəbul etmələrinə kömək etmək, eləcə də onlara kömək etməyən davranışlar da daxil olmaqla, həyatlarını dəyişdirməyi öyrənməyə yönəlib. Dialektik davranış terapiyası emosiyalarını idarə etməkdə və tənzimləməkdə çətinlik çəkən insanlar üçün xüsusilə təsirlidir. Dialektik davranış terapiyasını tətbiq edən şəxs terapevt, psixiatr, psixoloq ola bilər. Dialektik davranış terapiyası adətən ən azı altı aydan bir ilə qədər davam edir.
EMDR
EMDR- a (Göz Hərəkətləri ilə Desensealizasiya) görə, pozuntular, mənfi emosiyalar, düşüncələr, davranışlar və şəxsiyyət xüsusiyyətlərinin arxasında uyğunlaşmayan, işlək olmayan, işlənməmiş və təcrid olunmuş xatirələr dayanır. İnsanın özü haqqında mənfi inancları (məsələn, mən axmaqam), mənfi emosional reaksiyalar (uğursuzluq qorxusu) və mənfi somatik reaksiyalar (imtahandan bir gecə əvvəl qarın ağrısı) problemin özü deyil, onun simptomları, indiki təzahürləridir. Bu mənfi inanclara və duyğulara səbəb olan işlənməmiş xatirələr indiki hadisələrlə hərəkətə keçir. Hər yaşda yaşanan və təsiri travmatik olan istənilən növ hadisənin insanda yaratdığı duyğuların göz hərəkətləri ilə duyarsızlaşdırılması(işlənilməsi) və təkrar emal olunmasına əsaslanan terapiya növüdür. Təbii fəlakətlər, qəzalar,itkilər,müharibə,taciz ,təcavüz hallarını yaşayan insanlarda hadisənin təsirindən çıxıb gündəlik həyat fəaliyyətlərini barpa etməkdə kömək olur. EMDR terapiya “qısamüddətli müdaxilələr” qrupuna daxildir. EMDR terapiyasının nə qədər davam edəcəyi problemin növündən, pasiyentin hazırkı həyat şəraitindən və əvvəlki travmaların sayından və təsirindən asılıdır. Hər bir insanın məlumatı özünəməxsus şəkildə, öz dəyərlərinə və təcrübələrinə uyğun emal etməsi müddətə də təsir edir.
İnterpersonal Terapiya
İT gündəlik həyatda funksionallığı maneə törədən psixiatrik xəstəliklə əlaqəli simptomları yaxşılaşdırmaq və problemin həllinə kömək etmək məqsədi daşıyır. Bu terapiya növünün əsas məqsədi fərdin ətrafında olan insanlarla zədələnmiş münasibətlərini yaxşılaşdırmasına və nəticədə yaşadığı çətinliklərlə bağlı ətrafından düzgün şəkildə dəstək istəyə bilməsinə yardımçı olmaqdır. Keçmişdə deyil, indiki münasibətlərə diqqət yetirir. Terapevt aktiv, dəstəkləyici və optimistdir, lakin təkmilləşdirmə üçün əsas məsuliyyət pasiyentindir. İT 10-12 seansda aparılır.
Koqnitiv İşləmə Terapiyası
Koqnitiv İşləmə Terapiyası/ KİT (Cognitive Processing Therapy - CPT) Travma Sonrası Stress Pozuntusu (TSSP) və digər travmaya bağlı psixoloji narahatlıqların müalicəsində istifadə edilən elmi əsaslı psixoterapiya növüdür. KİT-in əsas məqsədi, travmatik hadisələrdən qaynaqlanan mənfi düşüncə tərzlərini müəyyənləşdirmək, bu düşüncələrin yenidən işlənməsi və daha realist, düşüncələrlə əvəz olunmasını təmin etməkdir. Elmi tədqiqatlar göstərir ki, KİT TSSP simptomlarını azaltmaqda çox təsirli bir terapiya üsuludur. Bu terapiya həm də depressiya və stress simptomlarını aradan qaldırmaqda kömək ola bilir. KİT, adətən, 12-20 sessiyadan ibarət olur .Bu terapiya metodunu yalnız ona bələd olan mütəxəssislə işləmək tövsiyə olunur.
Sxem Terapiya
Uşaqlıq dövründə emosional ehtiyacların adekvat şəkildə ödənilməməsi sonrakı illərdə şəxsi sxemlərin və ya nümunələrin əsasını təşkil edə və müxtəlif psixoloji problemlərə səbəb ola bilər. Belə hallarda tətbiq oluna bilən sxem terapiyası; Sxemlərdən xəbərdar olmaq, onları dəyişdirmək və onların öhdəsindən gəlmək məqsədi daşıyır. Sxem terapiya xroniki psixoloji problemlərin öhdəsindən gəlmək üçün hazırlanmış vahid psixoterapiya üsuludur. Sxemlər; fərdlərin dünyagörüşünə, özünə və başqalarına münasibətinə, şəxsiyyət strukturlarına təsir göstərir. Sxem terapiyası fərdlərin sxemlərini müəyyən etmək və onları təkmilləşdirmək məqsədi daşıyır. Sxem terapiyanın ən mühüm məqsədlərindən biri müraciətçinin problemlərinin öhdəsindən gəlməyi öyrətməkdir. Beləliklə, fərdlər sxemlərdən yaranan duyğu və davranış modellərini dəyişdirərək, sağlam və ahəngdar şəkildə əsas emosional ehtiyaclarını qarşılamağı öyrənirlər. Sxem terapiya seansları ümumiyyətlə həftədə bir dəfə keçirilir və 6 ilə 12 ay arasında davam edir.
Pozitiv Psixoterapiya
Pozitiv Psixoterapiya psixoloji pozuntuları, emosional çətinlikləri və həyat problemlərini həll etmək və ya yüngülləşdirmək üçün istifadə edilən terapiya üsuludur. Pozitiv Psixoterapiya fərdlərin emosional, intellektual və davranış problemləri ilə məşğul olaraq sağlam şəkildə bərpasına və daha yaxşı həyat keyfiyyətinə nail olmağa kömək edir. Pozitiv Psixoterapiya fərdlərə öz daxili dünyalarını, düşüncələrini, hisslərini və davranışlarını araşdırmaq və anlamağa imkan verir. Terapiya prosesi zamanı psixoterapevtlə təhlükəsiz və dəstəkləyici bir əlaqə qurulur. Bu əlaqə fərdin emosional ifadəsini, özünüdərkini inkişaf etdirməsi, düşüncə modellərini sorğulaması və müsbət dəyişikliklər etməsi üçün bir mühit təmin edir. Pozitiv psixoterapiya müsbət psixologiya və ənənəvi psixoterapiya üsullarının birləşməsini təmsil edən bir yanaşmadır. Pozitiv psixologiya insanların xoşbəxtliyini, rifahını və şəxsi potensialını yaxşılaşdırmağa yönəldiyi halda, ənənəvi psixoterapiya psixi və emosional çətinliklərin həllinə diqqət yetirir. Təxminən 15-20 seans tələb olunur.
Geştalt terapiya
Geştalt yanaşmanı mənimsəmiş psixoterapevt tərəfindən həyata keçirilən Geştalt terapiya humanistik dəyərləri ön plana çəkən, insanların keçmişdəki yox, bu andakı duyğu və davranışlarına diqqəti yönləndirən bir terapiya texnikasıdır. Gestalt terapiyasında terapevt prosesi müşahidə edir, xəstəni öz fikirlərini müşahidə etməyə istiqamətləndirir və xəstənin təcrübə və inanclarına hörmət edərək alternativ düşüncə yolları axtarır. Geştalt terapiyanın əsas məqsədi analizi deyil, fərqindəliyi və ətrafla münasibət qurmağı hədəfləyir. Fərqindəlik dedikdə ətrafı bilmək, özünü qəbul etmək, münasibətləri doğru qura bilməyi nəzərdə tutur. Terapiya prosesi bir neçə ay və ya bir neçə il davam edə bilər.