Fərdi Məlumatların İşlənilməsi Siyasəti (bundan sonra Siyasət adlandırılacaq) Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli . 998-IIIQ saylı “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanuna (bundan sonra “Qanun”) uyğun olaraq hazırlanmışdır.
Bu Siyasət insan və vətəndaşların fərdi məlumatlarının “Bakı Psixologiya Mərkəzi” MMC (bundan sonra “Operator”) tərəfindən işlənilməsi zamanı əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etmək məqsədi ilə fərdi məlumatların işlənilməsi qaydalarını müəyyən edir.
fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat;
fərdi məlumatların subyekti (bundan sonra — subyekt) — barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs;
fərdi məlumatların informasiya sistemi — qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini təmin edən informasiya sistemi;
fərdi məlumatların informasiya ehtiyatları — qanunvericiliklə müəyyən edilmiş qaydada və həcmdə fərdi məlumatların informasiya sistemlərində, habelə ayrıca toplandığı informasiya ehtiyatları;
fərdi məlumatların toplanılması — subyekt barəsində fərdi məlumatların sənədləşdirilmiş qaydada qanuna uyğun olaraq əldə edilməsi;
fərdi məlumatların işlənilməsi — fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi);
fərdi məlumatların mülkiyyətçisi (bundan sonra — mülkiyyətçi) — qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların informasiya sistemi və ya ehtiyatı üzərində tam sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata keçirən, fərdi məlumatların işlənilməsi məqsədini müəyyən edən dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs;
fərdi məlumatların operatoru (bundan sonra — operator) — fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirən fərdi məlumatların mülkiyyətçisi və ya onun bu funksiyaları müəyyən həcmdə və şərtlərlə həvalə etdiyi dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs;
fərdi məlumatların istifadəçisi (bundan sonra — istifadəçi) — yalnız özü üçün zəruri informasiyanın əldə olunması məqsədi ilə səlahiyyətləri daxilində mülkiyyətçi tərəfindən müəyyən edilmiş qaydada və həcmdə fərdi məlumatlardan istifadə hüququ verilmiş dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs;
fərdi məlumatların yayılması — fərdi məlumatların media, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla şəxslərin hər hansı digər üsulla tanış olmasına imkan yaradılması;
fərdi məlumatların verilməsi — fərdi məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada sorğu əsasında maddi daşıyıcılarla və ya informasiya texnologiyaları vasitəsilə istifadəçilərə təqdim edilməsi;
fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulması — fərdi məlumatlarla əlaqədar istənilən əməliyyatın dayandırılması;
fərdi məlumatların adsızlaşdırılması — fərdi məlumatların, onun subyektinin kimliyini müəyyənləşdirməyə imkan verməyən vəziyyətə salınması;
fərdi məlumatların transsərhəd ötürülməsi — fərdi məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət sərhədindən əlaqədar beynəlxalq təşkilatlara, başqa ölkələrin dövlət və ya yerli özünüidarə orqanlarına, hüquqi və ya fiziki şəxslərinə verilməsi;
fərdi məlumatların məhv edilməsi — informasiya sistemində fərdi məlumatların silinməsi, məzmununun sonradan bərpa edilməsi mümkün olmayan vəziyyətə salınması və ya fərdi məlumatlar olan maddi daşıyıcıların məhv edilməsi.
ŞƏXSİ MƏLUMATLARIN İŞLƏNMƏSİ PRİNSİPLƏRİ
Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması, onların informasiya sistemlərinin yaradılması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir.
Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi prosesində insanın həyat və sağlamlığı üçün təhlükə yaradılmasına, onun şərəf və ləyaqətinin alçaldılmasına yol verilmir.
Fərdi məlumatların işlənilməsi Operator tərəfindən aşağıdakılar prinsiplər əsasında həyata keçirilir:
Konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu fərdi məlumatların informasiya ehtiyatlarına giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər.
Operator subyektlərin fərdi məlumatların informasiya ehtiyatlarını yarada bilər. Operatorun fərdi məlumatların informasiya ehtiyatlarına subyektin razılığı ilə onun soyadı, adı, atasının adı, doğum tarixi və yeri, əlaqə telefon nömrələri, e-poçt ünvanı və sair fərdi məlumatları daxil edilə bilər.
Fərdi məlumatların subyekti haqqında məlumat subyektin, məhkəmə qərarı və Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarının tələbi ilə istənilən vaxt Operatorun fərdi məlumatların informasiya ehtiyatlarından xaric edilməlidir.
Konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu fərdi məlumatların informasiya ehtiyatlarına giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər.
Operator subyektlərin fərdi məlumatların informasiya ehtiyatlarını yarada bilər. Operatorun fərdi məlumatların informasiya ehtiyatlarına subyektin razılığı ilə onun soyadı, adı, atasının adı, doğum tarixi və yeri, əlaqə telefon nömrələri, e-poçt ünvanı və sair fərdi məlumatları daxil edilə bilər.
Fərdi məlumatların subyekti haqqında məlumat subyektin, məhkəmə qərarı və Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarının tələbi ilə istənilən vaxt Operatorun fərdi məlumatların informasiya ehtiyatlarından xaric edilməlidir.
Fərdi məlumatların subyektinin fərdi məlumatlarının işlənilməsinə razılığı
Fərdi məlumatların subyekti fərdi məlumatlarının təqdim edilməsinə və öz maraqlarında işlənməsinə öz iradəsi ilə qərar verir. Subyekt tərəfindən onun fərdi məlumatlarının toplanılması və işlənilməsi üçün razılığın alınması onun və ya onun nümayəndəsi tərəfindən göstərişlərinin faktını təsdiq etməyə imkan verən istənilən formada verilə bilər.
Fərdi məlumatların subyekti onun fərdi məlumatlarının işlənilməsi ilə bağlı Operatordan, əgər belə hüquq Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məhdudlaşdırılmayıbsa, məlumat almaq hüququna malikdir. Fərdi məlumatlar tam və ya natamam olmadığı, vaxtı kecmiş, qeyri-dəqiq, qanunsuz olaraq alınmış olduğu halda və işlənmə məqsədlərinə uyğun olmadığı halda subyektin Operatordan fərdi məlumatlarının dəqiqləşdirilməsini, bloklanmasını və ya məhv edilməsini tələb etmək hüququ var.
Operator subyektin tələbi ilə fərdi məlumatların işlənilməsini dərhal dayandırmağa borcludur.
Operator tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi pozulduğu halda subyekt öz hüquqlarını və qanuni mənafelərini qorumaq hüququna malikdir.
Razılıq Əliyev Əli Əli oğlu (doğum tarixi - 01 yanvar 1986-cı il) tərəfindən qeyri-müəyyən müddətə verilir. Mənə məlumat verilir ki, razılıq istənilən vaxt ləğv edilə bilər.
Razılığın ləğv edilməsi üçün göndərilən yazılı bildiriş aşağıda ki, ünvanlara göndərilə bilər:
AZ1000, Bakı şəh.,Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov pr. 63 , "ISR Residence" yaşayış binası , Blok B, mərtəbə 2
infr@bakupsychologycenter.az
Operatorun digər hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Fərdi məlumatların işlənilməsi və qorunması qaydalarının pozulmasında günahkar olan Operatorun vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, mülki və cinayət məsuliyyətinə cəlb edilirlər.