Şəxsin normal həyat ahəngini pozan, onun davranışına və münasibətlər sisteminə təsir edən psixoloji problemlərin öyrənilməsi, həmçinin tətbiq ediləcək psixoloji yardım növünü düzgün müəyyən etmək məqsədi ilə psixoloji yardım alan şəxsin fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsidir.
Koqnitiv testlərin əsas məqsədi, bir insanın zehni bacarıqlarını, yəni öyrənmə, yaddaş, diqqət, məntiqi təfəkkür və problem həll etmə xüsusiyyətlətini ölçməkdir. Koqnitiv olaraq tanınan bu zehni prosesləri ölçən testlərə zəka və IQ testləri daxildir. Təfəkkür, nitq və dil kimi bacarıqların əsasını təşkil edən beyin əsaslı şəbəkələrdə hər hansı bir nasazlıq olub-olmadığını yoxlayan və belə bir nasazlığın səbəb olduğu problemi təyin etməyə kömək edən bu metodların neyropsixologiya sahəsindəki yeri əvəzsizsizdir.
Nə üçün istifadə olunur
İnsanların zəka səviyyəsini ölçmək: İntellektual potensialı müəyyən etmək,
Koqnitiv problemləri müəyyən etməkYaddaş və öyrənmə problemləri ilə əlaqədar halları aşkarlamaq (məsələn, Alzheimer xəstəliyi),
Təhsil məqsədləri: Bilik və bacarıq səviyyələrini qiymətləndirmək,
Psixoloji diaqnostika: İnsanların psixoloji vəziyyətini təhlil etmək.
Neyroinkişaf testləri
Məqsəd
Neyroinkişaf testlərinin əsas məqsədi, uşaqların və gənclərin neyroloji və psixoloji inkişafını izləmək və onların inkişafına aid hansı bir maneə və ya pozuntu göstəricisini müəyyən etməkdir. Neyroinkişaf testləri yaddaş, dil, icra funksiyası, demans, vizual-məkan funksiyası və s. kimi faktorları qiymətləndirir.
Nə üçün istifadə olunur
Uşaqların inkişaf səviyyəsini qiymətləndirmək: Dil, motor bacarıqlar, sosial əlaqələr və digər inkişaf sahələrində hər hansı bir gerilik olub-olmadığını yoxlamaq.
Neyroloji xəstəliklərin diaqnozu: Autizm spektr pozuntusu, Dikkat Əksikliyi və Hiperaktivlik Pozuntusu (DƏHP), əqli gerilik kimi vəziyyətləri erkən mərhələdə aşkarlamaq.
Psixoloji problemlərin öyrənilməsi: Uşaqların davranış və emosional pozuntuları haqqında mütəxəssislərə məlumat vermək.
PEP-R (Psychoeducational Profile-Revised) - 0-12 yaş arası uşaqları inkişaf və davranış sahələrində qiymətləndirən bir vasitədir. Bu alət uşaq inkişafının yeddi sahəsini (təqlid, qavrama, kiçik və böyük motorika bacarıqları, əl-göz koordinasiyası, zehni və söz bacarıqları) və davranış xüsusiyyətlərini (dil, sosial əlaqə, oyun və duyğu reaksiyası) qiymətləndirərək, fərdi təhsil proqramı (BEP) hazırlamağa kömək edir. Nəticələrə əsasən uşağın güclü və zəif tərəflərini müəyyən edilir və təlim hədəfləri müəyyənləşdirilir.
Metropolitan məktəbəqədər hazırlıq testi – uşaqların intellektual inkişafını ölçmək üçün istifadə olunan psixoloji testdir. Bu test xüsusilə məktəbəqədər və ibtidai təhsil dövründəki uşaqların zəka və zehni bacarıqlarını qiymətləndirmək məqsədilə tətbiq edilir.
Ankara İnkişaf İnvanter Testi (AGTE) – uşaqların inkişafını qiymətləndirmək və potensial problemləri erkən aşkar etmək üçün istifadə olunan mühüm bir vasitədir.
WISC-R intellektual zəka testi – 6-16 yaş arası uşaqlar üçün zəka səviyyələrini dəyərləndirmək üçün hazırlanmış və ən geniş istifadə edilən istifadə edilən psixoloji testlərdən biridir. Bu test, uşaqların zəka səviyyəsini müəyyənləşdirməklə birlikdə güclü və zəif tərəflərini müəyyənləşdirmək məqsədilə istifadə edilir.
Şəxsiyyət testləri
Məqsəd
Şəxsiyyət testləri, şəxsiyyət xüsusiyyətlərini, həmçinin sosial, emosional, koqnitiv və davranış xüsusiyyətlərini ölçmək məqsədi daşıyır. Şəxsiyyət testi kliniki pozuntuları da qiymətləndirə bilir. Hər bir şəxsiyyət testi müəyyən bir meyarı ölçmək və ya iki meyarı müqayisə etmək üçün istifadə olunur. Məsələn, yeniyetmələrin emosional problemləri və ya psixopatologiyaları ölçmək üçün - Minnesota Çoxfazalı Şəxsiyyət İnventarından (MMPI-A) istifadə edilir.
Nə üçün istifadə olunur
Şəxsiyyət xüsusiyyətlərini qiymətləndirmək: şəxsiyyəti anlamaq, xarakter, davranış, sosial münasibətlər və emosional reaksiyaları analiz etmək üçün,
Peşə seçimləri və karyera inkişafı: Şəxsin hansı iş mühitinə uyğun olduğunu müəyyən etmək, güclü tərəflərini anlamaq üçün,
Psixoterapiya və klinik qiymətləndirmə: Şəxsiyyət pozuntularını müəyyənləşdirmək, müalicə proseslərinə istiqamət vermək üçün.
MMPİ – Klinik psixoloqlar, psixiatrlar və digər mütəxəssislər tərəfindən insanların psixi sağlamlığını qiymətləndirmək, psixoloji pozuntularını müəyyən etmək və müalicə proseslərini planlaşdırmaq məqsədilə geniş şəkildə istifadə olunur.
PİD 5 – Şəxsiyyət pozuntularını daha dəqiq və çevik şəkildə qiymətləndirən, DSM-5-ə əsaslanan ölçülü inventardır. Bu sistem şəxsiyyət pozuntularını xüsusi kateqoriyalar üzrə müəyyən etmək əvəzinə, hər bir fərdin şəxsiyyət xüsusiyyətlərini və psixi vəziyyətlərini müəyyən spektrə aid edərək qiymətləndirir.
Qabiliyyət və maraq testləri
Məqsəd
Qabiliyyət testləri, bir insanın təbii bacarıq və qabiliyyətlərini, Maraq testləri isə şəxsin maraqlarını ölçməyi hədəfləyir. Bu testlər şəxsin hansı sahələrdə daha uğurlu olduğunu və ya ola biləcəyini aşkarlamaq məqsədi daşıyır.
Nə üçün istifadə olunur
Karyera istiqamətləndirilməsi: İnsanların hansı sahədə yaxşı olacağına qərar vermək və uyğun peşə seçimini dəstəkləmək.
Təhsil və inkişaf planlaması: Şagirdlərin və tələbələrin potensiallarını aşkar etmək və onları uyğun sahələrdə inkişaf etdirmək.
Şəxsi inkişaf və motivasiya: İnsanların öz güclü tərəflərini anlamalarına kömək etmək və onlarda motivasiya yaratmaq.
Holland peşə seçimi testi – insanların şəxsi maraq və qabiliyyətlərinə əsaslanaraq hansı peşə sahələrinin onlar üçün daha uyğun olduğunu müəyyən etməyə kömək edən bir vasitədir. Bu həmçinin karyera planlaması, peşə məmnuniyyəti və karyera inkişafı ilə əlaqədar mühüm bir alətdir.
"Psixoloji diaqnostika ilə daha sağlam və inkişaf etmiş həyat!"
Psixi sağlamlığın qiymətləndirilməsi üçün digər şkala və anketlər
Məqsəd
Bu şkalalar fərdin müəyyən bir xüsusiyyətini və ya vəziyyətini sistemli və obyektiv şəkildə ölçmək üçün istifadə olunan vasitələrdir. Həmin şkalalar bir xüsusiyyətin müəyyən ölçüdə qiymətləndirilməsini təmin edir.
Nə üçün istifadə olunur
Psixoloji vəziyyətin qiymətləndirilməsi: Depressiya, təşviş-həyəcan pozuntusu, stress və digər psixoloji pozuntuların səviyyəsini ölçmək.
Davranış analizi: İnsanların müəyyən vəziyyətlərə necə reaksiya verdiyini və davranışlarını anlamaq.
Təhsil və sosial vəziyyətin təhlili: Tələbə və ya fərdin müəyyən şərtlərdəki davranışını, münasibətlərini və sosial vəziyyətini qiymətləndirmək.
PHQ 9 – depressiyanı qiymətləndirmək və izləmək üçün sadə, təsirli və etibarlı bir vasitədir. Test həmçinin depressiyanın erkən mərhələlərində müdaxiləyə başlamağa kömək edir və müalicənin təsirini izləmək üçün faydalıdır.
GAD 7 – təşviş və həyəcan pozuntusunun qiymətləndirilməsi və izlənilməsi üçün təsirli bir vasitədir. Test həmçinin təşviş və həyəcan pozuntusunun səviyyəsini ölçmək, erkən müdaxilə etmək və müalicənin effektivliyini izləmək məqsədilə istifadə olunur.
Qısa Simptom İnvanteri – şəxslərin psixoloji və emosional vəziyyətlərini qiymətləndirmək üçün istifadə olunan bir testdir. Test, müəyyən bir müddət ərzində insanların yaşadıqları psixoloji simptomları və narahatlıqları müəyyən etməyə yönəlmişdir.
Beynəlxalq Travma Sorğusu – travma və travma sonrası stress pozuntusunun (TSSP) qiymətləndirilməsi üçün hazırlanmış bir sorğu alətidir. Bu test, insanların travmatik təcrübələrini və bu təcrübələrin onların psixoloji sağlamlığına necə təsir etdiyini müəyyən etməyə yönəlmişdir.
Yaxın Münasibətlərdə Yaşantılar İnventarı: Bağlanma şkalası – fərdlərin bağlanma tərzini və münasibətlərdəki bağlanma vəziyyətlərini qiymətləndirmək üçün istifadə olunan bir psixoloji alətdir. Bu şkala, xüsusilə uşaqların və ya böyüklərin münasibətlərdə necə bağlandığını və əlaqə qurduğunu müəyyən etmək məqsədi daşıyır. Bağlanma nəzəriyyəsi, John Bowlby tərəfindən inkişaf etdirilmiş və daha sonra Mary Ainsworth tərəfindən tədqiq edilmişdir. Bu nəzəriyyəyə görə, erkən dövrlərdə valideynlərlə qurulan əlaqələr, uşaqların gələcəkdəki münasibətlərinə və bağlanma tərzinə təsir edir.
Hamilton Depressiya Şkalası – depressiyanın şiddətini qiymətləndirmək və izləmək üçün istifadə olunan bir psixoloji alətdir. Bu test bir fərdin depressiya əlamətlərinin nə qədər şiddətli olduğunu müəyyən etməyə kömək edir.
Beck Depressiya Şkalası – depressiyanın şiddətini qiymətləndirmək və izləmək üçün istifadə olunan bir psixoloji alətdir. Bu şkala, depressiya əlamətlərini, bu əlamətlərin səviyyəsini qiymətləndirir və müalicə planlarının hazırlanmasına kömək edir.
Beck Narahatlıq Şkalası –narahatlıqla bağlı simptomların şiddətini qiymətləndirmək və izləmək üçün istifadə olunan bir psixoloji alətdir. Bu test şəxslərin yaşadıqları narahatlıq simptomlarını və bu simptomların gündəlik həyatlarına necə təsir etdiyini ölçür.
Paylaş
Terapiyadan zövq alın
Birlikdə biz innovasiyaları təşviq edir, inam yaradır və hamı üçün daha sağlam, daha parlaq gələcəyə doğru çalışırıq.