Günel İsgəndərli
Klinik Psixoloq/Psixoterapevt
Təhsil və təlimlər
Bakalavr təhsilini Xəzər Universitetində psixologiya ixtisası üzrə, magistr təhsilini isə Üsküdar Universitetində Klinik Psixologiya sahəsi üzrə tamamlamışdır. 8 ilə yaxındır ki, psixi sağlamlıq sahəsində klinik psixoloq/psixoterapevt kimi fəaliyyət göstərir.
Beynəlxalq Setifikatlaşdırma Mərkəzi tərəfindən(International Certification Center of the World) İnterpersonal Qrup Psixoterapiyasını və İnterpersonal Psixoterapiya təlimlərini almışdır.
Medical University of Sauth Carolina tərəfindən “Cognitive Processing Therapy” təlimini və eyni zamanda 20 superviziyasını tamamlamışdır.
Davranış Bilimleri Enstütüsü, Asena Yurtsever tərəfindən EMDR-1 və EMDR-2 modullarını və ümumilikdə 20-yə yaxın superviziyasını tamamlamaqla EMDR terapiya sahəsi üzrə ixtisaslaşma təlimini bitirmişdir.
Ankara Universitetinin şəhid ailələri və qazi ailələrinə psixoloji dəstəklə bağlı “Böhrana müdaxilə” “İlkin psixoloji yardım” , “Özünə zərər vermə davranışlarının qarşısının alınması” mövzularında psixotəlimini uğurla yekunlaşdırmışdır.
Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin “Cəbhə xəttində yaşayan və münaqişədən əziyyət çəkən əhaliyə psixososial dəstək” adlı 3 modulluq proqramını və 10-a yaxın superviziyasını tamamlamışdır.
Müharibədən sonrakı dövrdə Psixi Sağlamlıq Mərkəzi (PSM) tərəfindən Təşkil olunan “Hərbi əməliyyatlarda iştirak edən hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardım göstərilməsi” təlimində iştirak etmişdir.
Yrdm. Doç. Hakan Ertufan tərəfindən “Yetişkinlərdə ölüm və yas psixologiyası” həmçinin “Uşaq və yeniyetmələrdə ölüm və yas psixologiyası” təlimlərini tamamlamışdır.
Psixoanalist Joseph Eskenazy tərəfindən “Autohipnoz” təlimini bitirmişdir.
İstanbul Bilgi Universiteti tərəfindən təşkil olunan Çözüm Odaklı Terapiya proqramını bitirmişdir.
İş təcrübəsi
- TƏBİB PHŞ-nin tabeliyində olan tibb müəssisələrində psixi sağlamlıq xidmətlərinin təkmilləşdirilməsi üzrə işçi qrupunun üzvü
- Sabunçu Tibb Mərkəzi, Psixosomatika şöbəsində stasionar və ambulator müraciət edən pasientlərin dəyərləndirilməsi və seansların təşkili – klinik psixoloq/psixoterapevt
- Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi(TƏBİB) layihəsi əsasında müharibədən sonrakı dövrdə müharibə iştirakçıları, qazilər və onların ailə üzlərinə,həmçinin, şəhid ailələrinə psixoloji yardım-klinik psixoloq/psixoterapevt
- PM Akademiya- koordinator/psixoterapevt
- Meduna Psixologiya Mərkəzi- psixoterapevt
- Bundan əlavə, əhaliyə psixosoial dəstəklə bağlı TƏBİB, ÜST, Ailə, Qadın və Uşaq Problemləri Cəmiyyəti tərəfindən təşkil olunmuş bir çox layihələrdə iştirak etmişdir.
Terapiya yanaşmaları
Kompleks dəyərləndirmə əsasında yeniyetmə və yetkinlərə psixoloji konsultasiya/psixoterapiya xidmətlərini həyata keçirir. Bacarıqlar və Ekspertiza Sahələri:
- Koqnitiv Davranış Terapiyası (CBT)
- Koqnitiv İşləmə terapiyası(CPT)
- EMDR terapiyası
- Interpersonal terapiya
- İnterpersonal qrup terapiyası
Fəaliyyət sahələri
- Ünsiyyət çətinlikləri
- Özfərqindəlik və fərdi inkişaf
- Özgüvən əksikliyi
- İmtahan stressi
- Ölüm və yas prosesi
- Travma Sonrası Stress Pozuntusu
- Depressiya
- Təşviş pozuntuları (Panik pozuntu, Fobiyalar, Generalize olunmuş təşviş pozuntusu)
Testlər
Kocaeli Universiteti tərəfindən 6-16 yaş qrupu üçün Wisc-r zəka dəyərləndirmə ölçəyinin tətbiqedicisi.