Qrup terapiyasına əsasən çarə axtardıqları narahatlıqlar eyni və ya oxşar olan insanlar müraciət edir. Bu terapiyanın məqsədi iştirakçıya tək olmadığını bildirmək, həmçinin başqalarının da oxşar problemlərlə üzləşdiyini və onlara qalib gəldiyini təqdim etmək vasitəsilə onun rahat hiss etməsinə kömək etməkdir. Eyni vəziyyətlə mübarizə aparan və öhdəsindən gələn fərdləri izləyən iştirakçının ümidləri artır. Eyni zamanda hər bir iştirakçı qrupdaxili qarşılıqlı münasibətləri, baş verən dəyişiklikləri, edilən davranış seçimlərini və ortaya çıxan nəticələri izləyərək, sağlam mübarizə üsullarını tətbiq etməyə həvəsləndirilir.
Bu terapiya, iştirakçılara xüsusi mövzular haqqında məlumat və bacarıqlar təqdim edir. Terapevt iştirakçıları maarifləndirir və təcrübə imkanları yaradır. Bu metod insanlara gündəlik həyatlarını yaxşılaşdırmağa, çətinliklərin öhdəsindən gəlməyə və özlərinə uyğun strategiyalar inkişaf etdirməyə kömək edir. Məsələn, bu terapiya iş mühitində stressin azaldılması və zamanın idarə edilməsi kimi mövzularda bacarıqların öyrədilməsi üçün istifadə edilir. Əsas məqsəd iştirakçılara öz problemləri ilə mübarizə aparmaq üçün zəruri bilik və bacarıqlar təqdim etməkdir.
KDT qrupları, iştirakçıların inanclarını, dəyərlərini və hadisələrə reaksiyalarını təhlil etməklə onların arzulanmayan davranışlarını dəyişdirməyə yönəlir. Terapiya qəzəb idarəsi, şəxsi təyin etmə, kədər və ya itki ilə mübarizə, həmçinin maddə istifadəsinin azaldılması üçün faydalıdır. Bu metod davranışlarda müsbət dəyişikliklər əldə etməyə kömək edir. KDT şəxsin hadisələrə qarşı münasibətini dəyişdirmək məqsədi daşıyır.
Dəstək və özünə yardım qrupları, iştirakçıların öz oxşar təcrübələrini bölüşdüyü və bir-birinə emosional dəstək olduqları mühitlərdir. Onlayn və ya üzbəüz formatda keçirilə bilər. Bu halda iştirakçılar təcrübələrini bölüşmək və davranış dəyişiklikləri ilə əlaqədar dəstək almaq üçün təhlükəsiz mühit ilə təmin edilirlər. Xüsusilə ənənəvi terapiya üsullarına üstünlük verməyən şəxslər üçün əlverişli bir seçimdir.
Bu terapiya növü iştirakçıların stress idarəsi, impuls nəzarəti və sağlam münasibətlər qurmaq haqqında yeni bacarıqlar öyrənməsinə yönəlmişdir. Bacarıq inkişafı qruplarında iştirakçılar təlimçinin rəhbərliyi ilə öyrəndikləri bilikləri praktik şəkildə tətbiq edirlər. Beləliklə bu qruplar vasitəsilə iştirakçılar əldə etdikləri bilikləri şəxsi həyatlarında tətbiq etmək və uzunmüddətli dəyişikliklər yaratmağı öyrənirlər.
Bu terapiya növü, qrup iştirakçıları arasındakı münasibətlərin təhlili və inkişafı üzərinə mərkəşləşir. Terapiya zamanı iştirakçılar bir-birlərinə dəstək olaraq köhnə, arzulanmayan davranış modellərini dəyişdirir və yeni yanaşmalar öyrənirlər. İnterpersonal proses qrupları daha sağlam və effektiv münasibətlərin qurulmasına imkan yaradır. Məqsəd, iştirakçılara daha sağlam münasibətlər qurmaq və uzun müddətli qarşılanmamış ehtiyaclarını qarşılamaq üçün yeni yanaşmalar təqdim etməkdi.
Qrup terapiyası oxşar problemlərlə üzləşən insanların təcrübələrini paylaşa və bir-birindən öyrənə biləcəyi təhlükəsiz və dəstəkləyici bir mühit təmin edir. Bu terapiya iştirakçılara sağlam mübarizə strategiyaları inkişaf etdirməyə, yeni perspektivlər qazanmağa və ruhi sağlamlıqlarını yaxşılaşdırmağa kömək edir. Psixo-təlim, KDT və bacarıq inkişafı kimi müxtəlif variantlar təklif edirik. Stresslə mübarizə aparmaq, münasibətləri yaxşılaşdırmaq və ya şəxsi məsələləri həll etmək istəyirsinizsə, qrup terapiyası böyümə üçün faydalı alətlər təqdim edir. Bizə qoşulun və sağalma və şəxsi inkişaf yolunda ilk addımınızı atın. Birlikdə çətinlikləri aşaraq daha yaxşı bir gələcək qura bilərik.
İnsanlar insana ehtiyac duyur-həyata başlayarken, həyatda qalmaq və davam etmək üçün, sosyallaşmaq üçün, doyum almaq üçün. Heç kim insan təmasına duyulan ehtiyacı aşa bilməz.”-İrvin D. Yalom
Birlikdə biz innovasiyaları təşviq edir, inam yaradır və hamı üçün daha sağlam, daha parlaq gələcəyə doğru çalışırıq.