Uzman Psixoloq və Psixoterapevt
Təhsil və təlimlər
Psixoloji konsultasiya ixtisası üzrə Ankara Universitetində bakalavr, Hacettepe Universitetində uzmanlıq təhsili almışdır. 12 ildən artıqdır psixi sağlamlıq sahəsində psixoloq/psixoterapevt kimi fəaliyyət göstərir. Dövlət qurumları və beynəlxalq təşkilatlarda bir çox əhəmiyyətli layihələrin müəllifi və koordinatoru, supervayzer və təlimçi kimi fəaliyyət göstərmişdir.
Hal-hazırda Lisbon Nova Medical School Global Mental Health İnstitute nəzdində “Psixi sağlamlıq siyasəti və servisləri” üzrə diplom proqramına və Avropa İttifaqının təqaüdçüsü olaraq “Bərpa və Reabilitasiyaya Kompleks Yanaşma” üzrə tədbiqedici proqramına davam edir.
Koqnitiv Davranış Terapiyası üzrə Albert Ellis İnstitundan Amerikan Psixologiya Assosiyası tərəfindən akreditasiya olunmuş ixtisaslaşma təlimi almışdır. Koqnitiv Davranış Terapiyası üzrə Rasyonal Psikoloji ve Albert Ellis Türkiye Yetkili Merkezi tərəfindən təşkil edilmiş tədbiqedici təlimini tamamlamışdır.
Almaniya, Wiesbaden Dünya Mədəniyyətlərarası Psixoterapiya İnstitutu tərəfindən akreditasiya olunmuş təməl pozitiv psixoterapevtdir.
Columbia Universitetinin “İnterpersonal Psixoterapiya”, Şimali Carolina Universitetinin “Koqnitiv Emal Terapiyası” üzrə təlim modullarını tamamlamışdır.
Professor Windy Drydendan (terapiya yanaşmasının banisi) Single Session Therapy üztə təlim və supervizya almış, Queen Margaret University of Edinburg tərəfindən akredite olunmuş “Köçgünlər üçün psixososial dəstək proqramı”, EMDR terapiya, MPPI şəxsiyyət testi tətbiqedici təlimi kimi müxtəlif təlim proqramları keçmişdir.
“Psixi pozuntuların diaqnostikası, idarə olunması və izlənməsi (MhGap proqramı)” , “ Psixoloji İlk Yardım” və “Əsas psixososial dəstək bacarıqları” üzrə təlimçi təlimləri və superviziyanı tamamlayaraq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təlimçi olaraq sertfikatlaşdırılmışdır.
Bir çox beynəlxalq və yerli konfranslar məruzə ilə çıxış etmiş, SCOPUS, NIH-pubmed və digər elmmetrik platformalarında yayımlanmış elmi məqalələrin müəllifidir.
İş təcrübəsi
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sosial-psixoloji reabilitasiya xidmətləri üzrə koordinator, supervayzer
- “Onkoloji xəstələrə sosial-psioloji dəstək layihəsi”-koordinator, supervayzer
- Genezis Psixologiya Mərkəzi-Baş psixoloq/psixoterapevt
- Ümumdünya Səhiyyə Təşkilatı- “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonraki Dövrdə Transformasiyası və Koordinasiyası” layihə koordinatoru, supervayzer
- Nefes Psixi Sağlamlıq Akademiyası-Baş psixoloq/psixoterapevt
- Azərbaycan Tibb universiteti-Kliik psixologiya üzrə magistr proqramı-müəllim
- TƏBİB-"Psixi pozuntuların diaqnostikası, müalicəsi və psixoloji xidmət İşçi Qrupu"-sədr
- Inter Agency Standing Committee Mental Health and Psychosocial Support- Reference Group Üzvü
- TƏBİB-in Psixi Sağlamlıq və Psixo-sosial Dəstək Xidmətləri Koordinatoru, supervayzer
- “II Qarabağ müharibəsi zamanı və sonrasında hərbçilər, müharibə iştirakçıları, şəhid ailələri və münaqişədən təsirlənmiş əhaliyə dəstək layihəsi” koordinator, psixoterapevt və supervayzer
- TƏBİB- Ailə Həkimliyinin Təşkili şöbəsi Baş mütəxəssis
- İcbari Tibbi Sığorta/TƏBİB-Psixoloji dəstək xətti, layihə rəhbəri
- Xəzər Universiteti-Humanitar və Sosial Elmlər Fakultəsi-Psixologiya ixtisası-müəllim
- Xəzər Universiteti Psixoloji Konsultasiya Mərkəzi-psixoloq/psixoterapevt
- PM Akademiya-psixoterapevt/koordinator
Terapiya yanaşmaları
Kompleks yanaşma əsasında yeniyetmə və yetkinlərə psixoloji konsultasiya/psixoterapiya xidmətlərini həyata keçirir.
Bacarıqlar və ekspertiza sahələri:
- Koqnitiv Davranış Terapiyası (CBT)
- EMDR terapiyası
- Interpersonal terapiya
- Psixodinamik yanaşma
Fəaliyyət sahələri
- Fərqindəlik və fərdi inkişaf
- Adaptasiya çətinlikləri
- Ailədaxili və cütlüklər arası konfliktlər
- Münasibətlər və ünsiyyət problemləri
- İtki və yas prosesi
- Yeniyetməlik dövrü ilə əlaqəli dəstək
- Posttravmatik Stress Pozuntusu
- Depressiya
- Obsessiv kompulsiv pozuntu
- Təşviş pozuntuları (Panik pozuntu, Fobiyalar, Generalize olunmuş təşviş pozuntusu)
- Şəxsiyyət pozuntuları
- İmtahan stresi
- Yemə pozuntuları
- İzah olunmayan somatik/fiziki şikayətlər
- Bədən dismorfik pozuntusu
- Gender disforiyası
- Cinsi disfunksiyalar
- Qəzəbin idarə olunması
- Kariyera konsultasiyası-peşə/iş seçimi və digər məsələlər
Testlər
- MMPI
- PID 5
- Psixi sağlamlığın qiymətləndirilməsi üçün şkalalar