Aygül Abbasova
Psixoloq
Təhsil və təlimlər
“Psixologiya ixtisası” üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində Bakalavr,eyni universitetdə “Ümumi Psixologiya” ixtisası üzrə magisrt təhsili almışdır.
EFPSA (European Federation of Psychology Students’ Associations) tərəfindən təşkil olunan Türkiyə Yay Məktəbində beynəlxalq tələbələrlə işləyərək onların tədqiqat layihələrinə superviziya etmişdir.
“Obektif Değerlendirmede Kullanilan Psikolojik Testler Eğitimi”, “Çocuklar İçin Bilişsel Davranışçı Terapi Eğitimi”, “İnsan Kaynakları Yönetimi”, Yetişkinlərdə Təşviş Həyəcan Pozuntuları Psixodiaqnostika və Psixoterapiyası”, “Uşaq və Yeniyetmələrdə Psixoterapiya”, “Uşaq Mərkəzli Oyun Terapi Kursu ÇMOT”,“TAT və EFT”, “Bilişsel Ve Davranışçı Terapide Değerlendirme ve Yapılandırılmış Görüşme Eğitimi”, Bilişsel ve Davranışçı Terapi, ”EMDR” kimi Beynəlxalq Təlimlərdə iştirak etmişdir.
İş təcrübəsi
Psixoloq-konsultant kimi 10 il müddətində müxtəlif psixoloji və reabilitasiya mərkəzlərində,məktəbdə çalışmışdır.Həmçinin, Təhsil Nazirliyinin nəznində “Sağlam Təhsil” layihəsində ekspert-psixoloq kimi çalışmışdır.Daha sonra Türkiyədəki Azərbaycan Səfirliyində referent kimi çalışmışdır.
Dəstək Xətti və Sosial Layihələr:
Zorakılığa məruz qalan şəxslərlə psixoloji iş təşkilində təcrübəyə malikdir. AR Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun dəstəyi ilə yaradılmış məişət zorakılığından zərərçəkən şəxslər üçün dəstək xəttinin psixoloq kimi fəaliyyət göstərir. “Təmiz Dünya” qadın və uşaq sığınacağında əməkdaşlıq çərçivəsində bir sıra sosial layihələrdə psixoloq kimi iştirak etmişdir.”Kiçik Orta Biznes İnkişafı Agent”liyinin təşkil etdiyi əlilliyi olan sahibkarlara, SOCAR-ın Tibbi Sığortanın qaynar xəttinin işçilərinə psixoloq kimi təlim vermişdir.
Terapiya yanaşmaları
- CBT
- EMDR
- EFT
Fəaliyyət sahələri
- Uşaq və yeniyetmələrdə Diqqət proqramı(Attentioner program),DEHP
- Uşaqlarda Davranış pozuntusu
- Oyun terapiyası,Kid Skill
- Uşaq və yetişkinlərdə CBT
- Yetişkinlərdə EMDR,CBT və EFT
- İmtahan öncəsi stress
- Özgüvən əksikliyi,özünəqapanıqlıq,mutizm
- Fobiyalar
- Təşviş həyəcan pozuntuları
- Travma və Posttravmatik stress
- Valideyn-övlad münasibətlərindəki problemlər
- İnkişaf və İQ testləri
Əsas ixtisaslaşma sertifikasiyalar
- Attentioner programı
- Kids skill
- EFT
- EMDR
- CBT