Türkan Piriyeva
Psixoloq və psixoterapevt
Təhsil və təlimlər
Türkan Piriyeva Bakı Dövlət Universitetinin psixologiya fakültəsində təhsil alıb. Psixoterapiya üzrə Moskva Geştalt-Terapiya və Konsultasiya İnstitutu “Gestalt terapiyasının nəzəriyyəsi və təcrübəsi” bitirib.
Qeyd etmək istəyirəm ki, EAGT (Avropa Gestalt Terapevtlər Assosiasiyası) standartlarına uyğun olaraq geştalt terapevtlərinin hazırlanmasına 600 saat Gestalt terapiyası üzrə təlim, ən azı 150 saat fərdi terapiya və 150 saat superviziya daxildir. Yalnız bu standartları (3 ildən çox vaxt tələb olunur) keçdikdən sonra özəl təcrübə ilə məşğul olmaq hüququ ilə bağlı diplom və sertifikat verilir.
İxtisas artırılma üzrə Moskva Geştalt-Terapiya və Konsultasiya İnstitutu “Ailə Psixoterapiyası” fakültəsində təhsil alıb. Həmçinin Yale Emosional İntellekt Mərkəzi “RULER” və Amerika Aaron Bek adına Koqnitiv Davranış Terapiyası İnstitutu “Təşviş pozuntular ilə iş” proqramlarda iştirak edib. Türkan Piriyeva müntəzəm olaraq fərdi terapiya və superviziya keçir.
İş təcrübəsi
- 2011-ci ildən psixoloq vəzifəsində çalışıram.
- Özəl şirkət
- Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi
- Respublika QİÇS-lə Mübarizə Mərkəzi
- Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
- Psixoloji mərkəz
Terapiya yanaşmaları
Geştalt-terapiya
Koqnitiv davranış terapiyası
Cinsi terapiya
Fəaliyyət sahələri
- Depressiya
- Qorxu və fobiyalar
- Generalizə olunmuş təşviş pozuntusu
- Panik pozuntu
- Stress, tükənmişlik sindromu
- Zorakılıq travması (fiziki, psixoloji və cinsi)
- İstəklərini anlamaqda çətinlik
- Yas və itki mövzusu
- İstəklərini ifadə etməkdə və öz fikrini müdafiə etməkdə çətinliklər
- Başqaları ilə ünsiyyət zamanı çətinlik, tam tənhalıq
- Qarşı cinslə münasibət qurmaqda çətinlik
- Münasibətlərdən narazılıq, münaqişələr və qarşılıqlı inciklik
- Başqa bir insandan emosional asılılıq, ayrılmaqda çətinlik
- Böhran vəziyyətinin həllində çətinliklər
- Müştəriləri əyani və onlayn (Skype vasitəsilə) qəbul edir.
Əsas ixtisaslaşma sertifikasiyalar
- Bakı Dövlət Universitetinin psixologiya fakültəsi. Psixoterapiya üzrə Moskva Geştalt-Terapiya və Konsultasiya İnstitutu “Gestalt terapiyasının nəzəriyyəsi və təcrübəsi”.
- Moskva Geştalt-Terapiya və Konsultasiya İnstitutu “Ailə Psixoterapiyası”




