Səbinə Bayramova
Uzman psixoloq və psixoterapevt
Təhsil və təlimlər
T. C. Selçuk Universitetində Ailə Psixologiyası üzrə uzmanlıq, Bakı Dövlət Universitetində isə Psixoloji Xidmət üzrə ali ixtisas təhsili almışdır. Ali təhsilinə əlavə olaraq, psixokonsultasiya, psixoterapiya, psixosomatika, psixoanaliz, qadın-kişi münasibətlərinin psixoterapiyası və psixodinamikası, cinsi terapiya, ailə konsultasiyası, oyun terapiyası, intellekt testləri üzrə beynəlxalq dərəcəli akkreditasiyaya sahib superviziyalı kurslar keçmiş, təlim, konfrans və simpoziumlarda iştirak etmişdir.
Fəaliyyət istiqamətlərini gücləndirmək məqsədi ilə Almaniya Bergerhausen Psixoterapiya İnstitunun təşkil etdiyi “Humanistik Psixodrama Master Klass” kursunu uğurla başa vurmuşdur. Sankt-Peterburq Sxem Terapiya İnstitutunun təşkil etdiyi “Sxem Terapiya” kursunu uğurla başa vurmuşdur. Türkiyə Anadolu Psixoterapiya Assosiasiyasının təşkil etdiyi “Koqnitiv Davranış Terapiyası Tətbiqçisi və Təlimçisi” kursunu uğurla başa vurmuşdur. Türk Psixoloji Məsləhət Assosiasiyasının təşkil etdiyi “Sistemik Terapiya” təlimini uğurla başa vurmuşdur. Türkiyə Cinsi Sağlamlıq İnstitutu Assosiasiyası tərəfindən təşkil edilmiş “Cinsi Terapiya Tətbiqçisi və Cinsi Müalicələr” kursunu uğurla başa vurmuşdur. National United Kingdom Therapists Register, Boğaziçi Ruhi Sağlamlıq Assosiasiyası və Zi&oN Psixiatriya Akademiyasının birgə təşkilatçılığı ilə Türkiyədə keçirilən “Təməl və İrəli Səviyyə EMDR Terapiya” kursunu və superviziyasını uğurla başa vurmuşdur. Harward Universitetinin Psixologiya Mühazirəçiləri tərəfindən ABŞ-ın Massaçusets ştatının Boston şəhərində təşkil edilmiş “Terapiya Prosesində Sağlam Sərhədlər” və “Təbii Fəlakətlər və Zəlzələ Sonrası Psixoloji Mərhələlər və Psixo-Sosial Dəstək” kursunu və superviziyalarını uğurla başa vurmuşdur. Beynəlxalq elmi konfranslarda məruzələri ilə çıxış etmiş, bir sıra beynəlxalq jurnallarda nəşr edilmiş elmi məqalələrin müəllifidir.
İş təcrübəsi
2015-ci ildən etibarən yeniyetmə və yetkin psixoloqu olaraq praktik fəaliyyətə başlamışdır. Daha sonra UNEC-Azərbaycan Dövlət İqtisad Universitetində və Qərbi Kaspi Universitetində psixoloq konsultant qismində fəaliyyətini davam etdirmişdir. Azərbaycanda ilk dəfə "Psixoterapiyada Müasir Ailə Modelləri" mövzusunda təşkil edilmiş Dəyirmi Masada ekspert qismində fəaliyyət göstərmişdir. Bununla yanaşı, Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial iş” kafedrasının mühazirəçi müəllimi olaraq pedaqoji fəaliyyət göstərir.
Terapiya yanaşmaları
Koqnitiv Davranış Terapiyası, EMDR Terapiya, Psixodinamik Terapiya, Sxem Terapiya, Cinsi Terapiya, Ailə və Cütlük Terapiyaları.
Fəaliyyət sahələri
- Özgüvən problemi
- Aqressiya problemi
- Stress və depressiya
- Təşviş pozuntuları: sosial təşviş pozuntusu, panik atak – panik pozuntu, ayrılıq təşvişi pozuntusu, aqorafobiya, obsessiv kompulsiv pozuntu, posttravmatik stress pozuntusu, generalizə olunmuş təşviş pozuntusu və s.
- İmtahan stressi
- Motivasiya problemi
- İş və kariyera konsultasiyası
- Ağır itki və yas konsultasiyası
- Yeniyetmə konsultasiyası
- Valideyn konsultasiyası
- Cinsi disfunksiyalar
- Cinsi oriyentasiya
- Evlilik problemləri və ailədaxili konfliktlər
- Romantik münasibət problemləri: asılılıq, güvənsizlik, qısqanclıq, xəyanət, zorakılıq və s.
Testlər
- MMPI - Minnesota Çoxyönlü Şəxsiyyət Anketi
- SCL-90 Şkalası
- WISC-R İntellekt Testi
- Gessel İnkişaf Testi
- Goodenough-Harris Draw a Person Testi
- Koppitz İnsan Çizim Testi
- Cattell 2A İntellekt Testi
- Peabody Kəlimə Testi
- Metropolitan Məktəb Yetkinliyi Testi
- Ankara İnkişaf Anketi








